Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb


Digərləri 23 May 2019 19:39:00 196 0

Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb

2019-cu ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 637,0 milyon manatlıq xidmət göstərib.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 637,0 milyon manatlıq xidmət göstərib. Trend-in məlumatına görə, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.