ACI XƏBƏR:


Digərləri 23 May 2019 18:44:00 409 0

ACI XƏBƏR:

İranda ölkənin böyük qismini təsiri altında saxlayan şiddətli yağış və fırtına nəticəsində insan tələfatı artıb.

Son.az Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində 24 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi yazılı açıqlama verib.

Açıqlamada Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Çaharmahal Bəxtiyari, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzisitan, Kirman, Loristan, Mərkəzi, Kohkiluye-Buyer Əhməd və Gilan əyalətlərində mayın 8-dən etibarən başlayan fırtına və yağışlar nəticəsində tələfatın qeydə alındığı bildirilib.

Ölənlərdən 4-ü sel aparıb. 20 nəfər isə ildırım vurması nəticəsində dünyasını dəyişib.