ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib (FOTO)


Digərləri 23 May 2019 18:14:53 229 0

ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib (FOTO)

Universitetin rektoru akademik Kamal Abdulla İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı universitetdən görməkdən şad olduğunu bildirib.

Bakı. Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda dinlər və multikultural yanaşma” seminarı çərçivəsində İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, universitetin rektoru akademik Kamal Abdulla sərginin açılışında iştirak edən İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı universitetdən görməkdən şad olduğunu bildirib. Rektor sərgidə nümayiş olunan materialların Los-Ancelesdəki Simon Vizuntal Mərkəzinin əməkdaşı Ravin Kupper tərəfindən göndərildiyini deyib. Sərginin universitetin digər tədris binalarında da keçiriləcəyini deyən rektor, ölkənin başqa universitetlərinə də bu sərginin həyata keçirilməsi üçün təkliflər olunacağını bildirib. Universitet rəhbəri sərginin diqqət mərkəzində qurulmasını İsrail xalqına böyük məhəbbətin nümayişi olduğunu deyib. Səfir ADU-da olmaqdan məmnunluğunu ifadə edib. O, İsrail dövləti ilə bağlı adət-ənənəni davam etdirmək, tarixini daim yad etmək, xüsusilə Holokost faciəsinin anılması üçün yaratdığı şəraitə görə universitet rəhbərinə təşəkkürünü bildirib. Azərbaycanın da azadlıq uğrunda böyük itkilər verdiyini deyən səfir bu gün ADU-nun yəhudi faciəsinə laqeyd qalmamasını yüksək dəyərləndirib. Səfir sərginin İsrail dövlətinə məxsus məqamları əks etdirməklə böyük miqyasa malik olmasından şad olduğunu dilə gətirib.