Gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub (FOTO)


Digərləri 23 May 2019 18:03:10 214 0

Gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub (FOTO)

Hazırlıq təlimlərində akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib.

Bakı. Mayın 23-də Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə hazırlıq təlimlərində akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib. Dinləyicilər tədris planı və proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetirib. Daha sonra təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla tanışlıq olub.