“İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib (FOTO)


Digərləri 23 May 2019 17:52:55 222 0

“İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib (FOTO)

"Vafa Dermatologiya və Estetika Klinikası"nın təşəbbüsü və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyasının dəstəyi ilə “İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib.

Bakı. Mayın 21-də ölkəmizdə fəaliyyət göstərən "Vafa Dermatologiya və Estetika Klinikası"nın təşəbbüsü və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyasının dəstəyi ilə assosiasiya üzvü olan sahibkar qadınları bir araya gətirərək “İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib. Klinikanın baş həkimi, Almaniyada təhsil almış dermakosmetoloq Vəfa Cəlilova uzun illərdir ki, ölkəmizdə bu sahədə fəaliyyət göstərir və peşəkar işləri, pasientləri üzərində uğurlu nəticələri ilə hər zaman seçilir. Qeyd edək ki, "Vafa Dermatologiya və Estetika Klinikası" Azərbaycanda fəaliyyət göstərən ilk özəl dermatoloji klinikadır. Klinika 2019-cu ilin ilk rübündən etibarən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyasına qoşulan üzv şirkətlərindən biri kimi assosiasiyanın üzvləri üçün dermatologiya və kosmetologiya sahəsində maariflənməni və bir sıra seminarların, master-klassların keçirilməsini planlaşdırır.