Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı


Digərləri 23 May 2019 17:49:00 252 0

Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan və Azərbaycan arasında delimitasiya prosesinin bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb. 

Son.az Oxu.az-a istinadən xəbər verir kia, o, sosial şəbəkədə paylaşımında bunu alqışladığını qeyd edib:

"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin bərpa olunmasını alqışlayıram Əminəm ki, uzunmüddətli yaxşı qonşuluq və strateji tərəfdaşlıq münasibətləri rəhbər tutularaq, proses nəticə verəcək".

Xatırladaq ki, bu ay Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın iki iclası keçirilib.