Elmar Məmmədyarov Çinin xarici işlər naziri ilə görüşüb (FOTO)


Digərləri 23 May 2019 17:34:00 207 0

Elmar Məmmədyarov Çinin xarici işlər naziri ilə görüşüb (FOTO)

Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb və danışıqlar aparıb.

Bakı. Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb və danışıqlar aparıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər Azərbaycan və Çin arasında ənənəvi əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını bildiriblər. Nazirlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğulayıblar. Nazirlər hər iki dövlətin başçıları səviyyəsində qarşılıqlı əlaqələrin xüsusi əhəmiyyətini vurğulayıblar və Prezident İlham Əliyevin Çinə sonuncu işgüzar səfərinə və onun 24 aprel 2019-cu il tarixində baş tutmuş Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşünün nəticələrinin ruhuna uyğun olaraq, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bildiriblər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulanıb. Nazirlər bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə ediblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd etdilər və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildiriblər. Görüş nəticəsində, tərəflər arasında mövcud olan qarşılıqlı anlaşmanın səviyyəsini yüksək qiymətləndirən nazirlər Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində və qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin