Terrorçular "Zara"nı bombaladı


Dünya 23 May 2019 17:27:00 225 0

Terrorçular "Zara"nı bombaladı

Suriyanın Hama şəhəri yaxınlığında terrorçulara məxsus pilotsuz uçuş aparatları "Zara" elektrik stansiyasını bombalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, zərbələri "Cəbhət ən-Nüsrə" terror qruplaşması endirib.

Hadisə nəticəsində elektrik stansiyasına 5 bomba atılıb. Stansiyaya ziyan dəyib.

Ölən və ya yaralanan olmayıb. Suriya ordusu terrorçuların hücumunu dəf edə bilib.