AccessBank-ın əsas səhmdarı bankın və ölkə iqtisadiyyatının inkişafına inanır (FOTO)


Digərləri 23 May 2019 17:27:30 180 0

AccessBank-ın əsas səhmdarı bankın və ölkə iqtisadiyyatının inkişafına inanır (FOTO)

Bankın rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti arasında görüş keçirilib.

Bakı. AccessBank-ın rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə AccessBank-ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslər müzakirə olunub. AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, AİB kimi nüfuzlu beynəlxalq maliyyə institutunun bankın səhmdarları sırasına daxil olması olduqca mühüm amildir: "AİB ilə AccessBank-ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİB AccessBank-ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in AccessBank-ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək". Sədr xatırladıb ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində AccessBank-ın 5 illik strateji planı hazırlanıb: "Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir".