İTVnin serialları bitdi


Digərləri 23 May 2019 17:09:00 371 0

İTVnin serialları bitdi

İTV-də yayımlanan "Solğun çiçəklər" serialı ekran həyatını sonlandırıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının pyesi əsasında çəkilən serial 8 bölüm müəyyənləşdirilmişdi. Ekran işində baş rolları Aynişan Quliyeva, Xalq artisti Nigar Güləhmədova və Həsənağa Məmmədov canlandırırdı.

"Dağıntılar altında" serialının isə final, yəni 91-ci bölümünün çəkilişləri başa çatıb. Hazırda 74 bölümü arxada qoyan ekran işi bir ay sonra bitəcək. Serialda Sevinc Əliyeva, Yasin Həzirə, Azər Aydəmir, Suğra Bağırzadə, Fərhad Səmimi, kimi aktyorlar rol alırlar.

Kanalda yay mövsümündə yeni serialların yayımlanması barədə isə məlumat yoxdur.