Azərbaycan gimnastı: Məqsədimiz finala çıxmaqdır


Digərləri 23 May 2019 16:59:57 182 0

Azərbaycan gimnastı: Məqsədimiz finala çıxmaqdır

Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatına hazırlıq yüksək səviyyədə davam edir

Bakı. Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatına hazırlıq yüksək səviyyədə davam edir. Bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Elçin Məmmədov deyib. O bildirib ki, Avropa Çempionatına hazırlıq yanvar ayından başlayıb: “Məşqlər intensiv keçir, biz ümid edirik ki, Azərbaycanı yarışda layiqincə təmsil edəcəyik”. Azərbaycan milli komandasının rəqiblərindən danışan idmançı bildirib ki, Avropa Çempionatının bütün iştirakçıları güclü idmançılardır: “Bizim məqsədimiz finala çıxmaq və orada yaxşı nəticə göstərməkdir. Qeyd edim ki, biz bütün gücümüzlə çıxış edəcəyik və çalışacağıq ki, səhv etməyək”. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa Çempionatı keçiriləcək.