Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir


Digərləri 23 May 2019 16:57:00 197 0

Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, ikinci Qədr gecəsi mayın 25-dən 26-na, üçüncüsü 27-dən 28-nə keçən gecəyə təsadüf edir.

Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edəcək.

Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də "Əhya gecələri" adlanır.