Anar Mədətovun Elnarəyə sualları


Şou-biznes 23 May 2019 16:41:00 385 0

Anar Mədətovun Elnarəyə sualları

Birinci ailəsi ilə boşanmaq ərəfəsində olan prodüser Anar Mədətov övladlarının onun soyadından imtina etməsi xəbərlərinə münasibət bildirib.

Son.az "Lent.az"a istinadən xəbər verir ki, prodüser oğlundan sonra qızının onun soyadından imtina etməsinin real olmadığını deyib:

"Övladlarım hələ ki, təsir atındadır. Oğlumun mənim adımdan və soyadımdan imtina etməsi düzgün deyil. Öncə, bunu araşdırmaq lazımdır. Qızıma gəldikdə isə, o, xaricdə oxuyur. Təhsil alan zaman soyadımdan çıxa bilməz.  Mənə maraqlıdır ki, uşaqlar soyaddan imtina edir, bəs anaları niyə mənim soyadımda hələ də qalıb? O, niyə soyadını dəyişmir? Niyə hələ də boşanmanı uzadır?  Bu sualları Elnurə Mədətovadan soruşmaq lazımdır".

Qeyd edək ki, A.Mədətov birinci xanımı Elnurə Mədətova ilə boşanmaq niyyətindədir. O, artıq özünə yeni həyat yoldaşı da tapıb. Atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Anar Mədətov ata soyadından və adından imtina etdiyini açıqlayıb. Bu gün isə qızı Ayişənin rəsmi şəkildə olmasa da, İnstaqramda soyadından imtina edildiyi yazılıb.