Ankara ABŞın “ultimatum”una münasibət bildirdi


Dünya 23 May 2019 16:44:00 229 0

Ankara ABŞın “ultimatum”una münasibət bildirdi

Vaşinqtonun Ankaraya ultimatum verməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbərinin müavini Yavuz Selim Kıran Vaşinqton səfəri çərçivəsində verdiyi açıqlamada bildirib.

Diplomat bundan əvvəl KİV-də ABŞ-ın "Patriot" sistemlərinin tədarükü müqabilində Ankaradan S-400 zenit raket sistemlərindən imtinanı tələb etməsi ilə bağlı yayılan informasiyanın "rəsmi səviyyədə səslənmədiyini" dilə gətirib.

Kıranın sözlərinə görə, belə şayiələr mart ayında da yayılmışdı. Belə ki, Vaşinqton zenit-raket komplekslərinin tədarükü ilə bağlı əvvəlki təklifini yeniləmişdi.

"Rəsmi səviyyədə belə bir çağırış olmayıb. Mart ayında ABŞ "Patriot" zenit-raket komplekslərinin tədarükü üzrə təkliflərini yeniləyib. Biz hesab edirik ki, söhbət bu təklifdən gedir", - deyə Y.Kıran vurğulayıb.