Barcelona-dan növbəti transfer


İdman 23 May 2019 16:50:00 246 0

Barcelona-dan növbəti transfer

Barcelona heyətinə yeni futbolçu cəlb edib.

Goal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi Groningen-in yarımmüdafiəçisi Ludovit Reysi alıb. 18 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb. Bu transfer üçün "Barca" Hollandiya klubuna 3.25 milyon avro təzminat ödəyib.

La Liqa klubu Reysə 100 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Reys cari mövsüm Hollandiya çempionatında 31 matçda 1 qol vurub.