SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ-92 benzininin idxal olunması planlaşdırılır


Digərləri 23 May 2019 16:46:00 209 0

SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ-92 benzininin idxal olunması planlaşdırılır

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabrında 110 min ton Aİ-92 benzini idxal etməyi planlaşdırır

Bakı. Ləman Zeynalova - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabrında 110 min ton Aİ-92 benzini idxal etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu SOCAR-ın emal məsələləri üzrə vitse-prezidenti Davud Məmmədov deyib. Onun sözlərinə görə, zavod oktyabrın birində istehsalı dayandıracaq. “Azərikimya” İstehsalat Birliyi də oktyabrın 1-dən başlayaraq istehsalı 40 gün müddətinə dayandıracaq: “İstisna deyil ki, Aİ-92 benzini Rusiya və Türkmənistandan satın alınacaq. Amma bu həm də qiymətlərdən də asılı olacaq, bununla bağlı digər variantlar nəzərdən keçiriləcək”. Vitse-prezident bildirib ki, SOCAR zavodun modernləşdirilmıəsini 2021-ci ilədək bitirməyi planlaşdırır. Bundan sonra zavodda neft emalı işə düşəcək ki, bu da emal prosesini 2023-24-ci illərdə 7,5 milyon tonadək çatdırmağa imkan verəcək: “Həmin vaxtadək Azərbaycan “Abşeron”, “Ümid”, “Babək” və digər yataqlardan kondensat hasilatını artırmaq niyyətindədir”.