İnterpol 50 uşağı zorakılıqdan xilas edib


Dünya 23 May 2019 16:36:00 202 0

İnterpol 50 uşağı zorakılıqdan xilas edib

İnterpol Tailand, ABŞ və Avstraliyada keçirdiyi uzunmüddətli əməliyyat nəticəsində 50 uşağı cinsi zorakılıqdan xilas edib.

Son.az Trend-ə istinadən bildirir ki, həmin əməliyyat 2017-ci ildən etibarən başlayıb. Qeyd olunur ki, o zaman Tailandda azyaşlı uşaqlara zorakılığı təbliğ edən internet saytı aşkar edilmişdi.

Saytın 63 min abunəçisi olduğu müəyən edilmişdi.

Hazırda xilas edilən uşaqlarla yanaşı, daha 100 nəfərin axtarışları hələ davam etdirilir.