PAŞA Bank "Azərbaycan bazarında alternativ maliyyə alətləri" adlı seminara ev sahibliyi etdi


Digərləri 23 May 2019 15:50:00 204 0

PAŞA Bank "Azərbaycan bazarında alternativ maliyyə alətləri" adlı seminara ev sahibliyi etdi

Tədbirin əsas spikerləri qismində PAŞA Bankın Debitorların maliyyələşdirilməsi şöbəsinin rəhbəri Aynurə Piriyeva çıxış edib.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Deloitte Azərbaycan şirkəti ilə əməkdaşlıqda yerli sahibkarlar üçün "Azərbaycan bazarında alternativ maliyyə alətləri" mövzusunda seminar keçirib. Tədbirin əsas spikerləri qismində PAŞA Bankın Debitorların maliyyələşdirilməsi şöbəsinin rəhbəri Aynurə Piriyeva və Ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri Marat Dustaliyev çıxış edib. Tədbir əsnasında biznes nümayəndələri və dəvət edilmiş ekspertlər dövriyyə vəsaitlərinin həcminin artırılmasının effektiv mexanizmləri, ticarətin maliyyələşdirilməsinin üstünlükləri, sahibkarlar üçün açılan yeni imkanlar və s. suallar ətrafında müzakirələr aparıb.