Çilidə 6 braziliyalı turist həlak oldular


Dünya 23 May 2019 15:42:00 255 0

Çilidə 6 braziliyalı turist həlak oldular

Çilinin paytaxtı Santyaqoda 6 braziliyalı turist həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, onlar kirayə mənzildə qazdan zəhərləniblər.

Ölənlər arasında 2 uşaq da olub. Turistlərin bir həftə əvvəl Çiliyə gəldikləri məlum olub.

Hadisənin baş verdiyi binadan sakinlər təxliyə olunublar. Hazırda sızmanın mənbəyi ilə bağlı araşdırma aparılır.