Xumarın olduğu verilişdə bir ilk


Şou-biznes 23 May 2019 15:24:00 246 0

Xumarın olduğu verilişdə bir ilk

ATV telekanalında yayımlanan "Şou ATV" verilişində bir ilk yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcılığını Nanə Ağamalıyevanın təqdim etdiyi proqramın bir buraxılışı iki dəfə efirə verilib.

Verilişdə əməkdar artist Xumar Qədimova qonaq olub. Televiziyada az hallarda görünən sənətçi hər zaman qatıldığı proqramlarda yüksək reytinqi ilə fərqlənir.

Verilişin yaradıcı heyəti proqramın təkrar yayımlanmasını tamaşaçıların çoxsaylı zəngləri və istəyilə əsaslandırıb.