Alişan Mahsun Kırmızıgül haqqında: "Atama hörmətsizlik edib"


Digərləri 23 May 2019 15:19:00 272 0

Alişan Mahsun Kırmızıgül haqqında: "Atama hörmətsizlik edib"

Alişan Buket Aydının verilişində qonaq olub.

Son.az ölkə.az-a istinadla xəbər verir ki, şəxsi həyatı ilə bağlı sualları cavablandıran Alişan illər əvvəl çox yaxın dost olduğu Mahsun Kırmızıgül və Özcan Dəniz barədə danışıb.

Aparıcının "Mahsun və Özcanla küsülüsünüzmü?" sualına Alişanın cavabı belə olub:

"Yaşca ən kiçik mən idim. Ayrıldıqdan sonra da həmişə hörmətlə yanaşdım. Kiçik olaraq onlara hörmətsizlik etmədim. Özcanla problemim yoxdur. Onunla elə də çox dostluq etməmişəm. Mahsun isə 3 il əvvəl bir toyda atama qarşı hörmətsizlik edib. Mən atama hörmətsizlik edən heç kəsi bağışlamaram. Ümumi bir dostumuzun toyunda rastlaşdıq, yanına getdim. Mənimlə çox soyuq tərzdə salamlaşdı. Sonra atam yanına getdi. Ayağını ayağının üstünə atıb atamın üzünə baxmadan "Salam" dedi. Başımdan elə bil qaynar su tökdülər.