2018ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub


Digərləri 23 May 2019 15:10:00 217 0

2018ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub

Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə dünyada məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.

Rəis müavini bildirib ki, 2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub: "Onlardan 15-nin icrası təmin edilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir".