ABŞda nadir qara kərgədan dünyaya gəlib


Dünya 23 May 2019 14:47:00 189 0

ABŞda nadir qara kərgədan dünyaya gəlib

ABŞ-ın Çikaqo şəhərinin zooparkında nadir qara kərgədan dünyaya gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, kərgədan balası 48 saat ərzində zoopark əməkdaşlarının daimi nəzarətində qalacaq.

Qeyd olunur ki, qara kərgədanlar vəhşi təbiətdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Məlumata görə, 20 il əvvəl vəhşi təbiətdə sayları 2,4 minədək azalmış kərgədanlar müxtəlif qoruq və zooparklar sayəsində 5 minədək çoxalıb.