Associated Press: “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub


Digərləri 23 May 2019 14:34:00 228 0

Associated Press: “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub

“Arsenal” klubu ilə uzun danışıqlardan sonra futbolçu Henrix Mxitaryan təhlükəsizlk məsələləri ilə bağlı Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçına getməyəcəyini bəyan edib

Bakı. Ləman Zeynalova - “Arsenal” klubu ilə uzun danışıqlardan sonra futbolçu Henrix Mxitaryan təhlükəsizlk məsələləri ilə bağlı Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçına getməyəcəyini bəyan edib. Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyinin məqaləsində deyilir. Məqalədə qeyd olunur ki, UEFA ölkə rəhbərliyindən H.Mxitaryanın təhlükəsizliyi ilə bağlı təminat alıb və “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub. O da vurğlanır ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası H.Mxitaryan və “Arsenal”ın qərarını "əsassız" adlandırıb. Bildirilib ki, Azərbaycan tərəfindən təqdim olunan təminatın ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məqalədə, həmçinin Gənclər və İdman naziri Azad Rəhimovun açıqlaması da yer alıb: