Azərbaycan Ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib


Digərləri 23 May 2019 14:24:00 218 0

Azərbaycan Ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Bakı. Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər. Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin