Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub (FOTO)


Digərləri 23 May 2019 14:11:00 254 0

Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub (FOTO)

21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb

Bakı. Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb. Belə ki, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.