Millət vəkili "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi ilə bağlı tədbirdə iştirak edib (FOTO)


Digərləri 23 May 2019 14:17:09 268 0

Millət vəkili "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi ilə bağlı tədbirdə iştirak edib (FOTO)

Millət vəkili Cənub Qaz Dəhlizinin TAP layihəsi üzrə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun təməlqoyma mərasimi ilə bağlı tədbirdə iştirak edib.

Bakı. Millət vəkili "Cənub Qaz Dəhlizi"nin TAP layihəsi üzrə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun təməlqoyma mərasimi ilə bağlı tədbirdə iştirak edib. Trend-in məlumatına görə, mayın 22-də Bolqarıstanın Kirkovo bölgəsində Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov, Bolqarıstanın Baş naziri Boyko Borisov, Yunanıstanın Baş naziri Aleksis Tsipras, hər iki ölkənin enerji nazirləri, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (EİB) yüksək səviyyəli rəsmiləri, eləcə də müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak edib. Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev bu tədbirdə iştirak edib.