AMEA Hüquq və İnsan Haqları İnstitutu Rusiyanın hüquq institutu ilə saziş imzaladı (FOTO)


Digərləri 23 May 2019 13:56:12 264 0

AMEA Hüquq və İnsan Haqları İnstitutu Rusiyanın hüquq institutu ilə saziş imzaladı (FOTO)

Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib. Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Rusiya elmlər akademiyaları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Görüş çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d, professor Aytən Mustafazadə və Rusiya Federasiyasının Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, h.ü.e.d, akademik Taliya Xabrieva arasında “Elmi əməkdaşlıq haqqında” saziş imzalanıb. Tərəflər insan hüquqlarının və azadlıqlarının qorunması, Konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi (terrorizm, kibercinayətkarlıq, korrupsiya, şəxsi məlumatların qorunması, ekologiya, dövlət təhlükəsizliyi), beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi və s. kimi sahələrdə qarşılıqlı əməkdaşlıq həyata keçirmək üçün razılığa gəliblər.