"Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm" VİDEO


Şou-biznes 23 May 2019 13:35:00 248 0

"Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm"  VİDEO

Azərbaycanı "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsində "Truth" (Həqiqət) mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev yarışmadan sonra ilk dəfə canlı efirə çıxıb.

Son.az oxu.az-a istinadla xəbər verir ki, AzTV-nin "Telesəhər" şousuna qatılan Mustafayev "Avroviziya"da səslərin yenidən hesablanması və yerlərin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb.

"Çox qəribə bir şey oldu. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir göstərir. 40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi.

Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirdilər ki, sən daha ön yerlərdə olmalı idin. Amma proseslər əksinə cərəyan etdi. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur".