Millət vəkili 28 may - Respublika Günü münasibəti ilə Bolqarıstanda keçirilən tədbirdə iştirak edib (FOTO)


Digərləri 23 May 2019 13:12:00 176 0

Millət vəkili 28 may - Respublika Günü münasibəti ilə Bolqarıstanda keçirilən tədbirdə iştirak edib (FOTO)

Mayın 22-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 28 may Respublika Günü münaslbətilə tədbir keçirilib.

Bakı. Mayın 22-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 28 may Respublika Günü münaslbətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstanın 1-ci vitse-prezidenti İliyana Yotova, Sofiyada fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və Bolqarıstanın 1-ci vitse-prezidenti İliyana Yotova çıxış edib. Nərgiz Qurbanova çıxışında Azərbaycan Respublikasının keçdiyi tarixi yoldan danışaraq 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cumhuriyyətinin Şərqdə ilk demokratik respublika olduğunu, 23 ay yaşamasına baxmayaraq Azərbaycan üçün böyük əhəmiyyət daşıyan işlər həyata keçirdiyini qeyd edib. O, eyni zamanda son illərdə Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən və onun uğurlu nəticələrindən danışıb. Səfir Azərbaycan-Bolqarıstan əlaqələrindən danışarkən bu əlaqələrin strateji xarakter daşıdığını, çoxtərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirmiş və bu əlaqələrin sürətlə inkişaf etməsində, möhkəmlənməsində iki dövlət başçısının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin