Bakı Beynəlxalq Avtovağzal Kompleksində YENİLİK (FOTO)


Digərləri 23 May 2019 12:36:36 226 0

Bakı Beynəlxalq Avtovağzal Kompleksində YENİLİK (FOTO)

Köməkçi sahədə məlumat lövhələri quraşdırılıb.

Bakı. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisindəki bir sıra yeniliklər olub. Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb. Tablolarda həm qovşaq daxilində olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib. Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib. Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.