"Bakıda yerli azarkeşlər bizi dəstəkləyəcək" - David Luiz


İdman 23 May 2019 11:31:00 72 0

"Bakıda yerli azarkeşlər bizi dəstəkləyəcək" - David Luiz

İngiltərənin Chelsea komandasının futbolçusu David Luiz Arsenal ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə açıqlama verib.

Goal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “zadəganlar”ın Bakıdakı fanatlarının onları dəstəkləyəcəyini söyləyib: “Bakıya vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə apardıq. Bu, bizim əsas tapşırığımız idi. Böyük klubuq və bütün dünyada azarkeşlərimiz var. Azərbaycandakı azarkeşlərimizin finalı canlı izləmək və komandanı dəstəkləmək imkanı olacaq. Titul qazanmaq imkanı bizi və Arsenal-ı əla motivasiya edir. Böyük klubu təmsil edirsənsə, təzyiqdən heç yerdə gizlənə bilməzsən. Chelsea – nəhəngdir və təzyiq hiss edir, Arsenal da həmçinin. Titulu qazanmaq şansımız var".

Chelsea-nin oyunçusu Arsenal-ın siyasi məsələyə görə üzləşdiyi problemə də münasibət bildirib: "Qarabağ-a qarşı oynadığımız zaman Bakını gəzmək imkanımız oldu. Çox gözəl ölkədir. Qarabağ-a qarşı çıxış etmək bizim üçün xoş idi. Ancaq qərarlara da hörmətlə yanaşmaq lazımdır".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

Azərbaycan qadın zorakılığına qarşı beynəlxalq konvensiyaya qoşulacaq like
  • 23 May 11:30  
Digərləri Azərbaycan qadın zorakılığına qarşı beynəlxalq konvensiyaya qoşulacaq

Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığını

arrow Ətraflı
Qəzada ölən tələbənin FOTOsu like
  • 23 May 11:29  
Digərləri Qəzada ölən tələbənin FOTOsu

Cavid Yaqubov qəza nəticəsində vəfat edən 4 nəfərdən biridir.

arrow Ətraflı
23cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qaldı like
  • 23 May 11:17  
Dünya 23cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qaldı

Çinin Xançjou şəhərində 23-cü mərtəbədən ventilyasiya şaxtasına dü

arrow Ətraflı
Expressbank-ın müştəriləri kartla ödədilər və qazandılar! like
  • 23 May 11:15  
Digərləri Expressbank-ın müştəriləri kartla ödədilər və qazandılar!

“Kartla ödə, Kartla qazan!” üç aylıq lotereyasında Expressbank-ın 91

arrow Ətraflı
Dəhşətli avtobus qəzasında ölən və yaralananların like
  • 23 May 11:15  
Digərləri Dəhşətli avtobus qəzasında ölən və yaralananların

Yevlax rayonunda baş verən yol qəzası nəticəsində ölən və yaralananlar

arrow Ətraflı
Nigar da DNT analizi verdi like
  • 23 May 11:13  
Şou-biznes Nigar da DNT analizi verdi

"Eurovision 2011" qalibi Nigar Camal da yarışma tərəfindən aparı

arrow Ətraflı
Komitə sədri: Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır like
  • 23 May 11:09  
Digərləri Komitə sədri: Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır

Qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilm

arrow Ətraflı
Ali təhsilini bitirə bilməyənlər üçün yeni şans: like
  • 23 May 11:08  
Digərləri Ali təhsilini bitirə bilməyənlər üçün yeni şans:

Azərbaycanda ali təhsilini bitirə bilməyən tələbələr normativ təhsil m

arrow Ətraflı
Yevlaxda avtobus qəzasında 2  nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI like
  • 23 May 11:04  
Digərləri Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

Yevlax rayonunda baş verən yol qəzası nəticəsində ölən və yaralananlar

arrow Ətraflı