BMT-nin Əhali Fondunun rəsmisi: Qadınlara qarşı zorakılığın qarşısının alınması iqtisadi cəhətdən faydalıdır


Digərləri 23 May 2019 11:27:00 188 0

BMT-nin Əhali Fondunun rəsmisi: Qadınlara qarşı zorakılığın qarşısının alınması iqtisadi cəhətdən faydalıdır

Qadınlara qarşı zorakılıq qarşısı alına biləcək fenomendir.

Bakı. İlhamə İsabalayeva - Qadınlara qarşı zorakılıq qarşısı alına biləcək fenomendir. Zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilərsə, bu, həm Azərbaycan hökumətinin, həm də əhalinin böyük uğuru və nailiyyəti olar. Trend xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq halları ailədə baş verəndə daha təhlükəli olur: "Bu mövzu yalnız hüquqi müstəvidə həll olunmalı deyil. Zorakılığın ciddi iqtisadi nəticələri var. Zorakılıq qurbanlarına pulsuz səhiyyə, sığınacaqlar təşkil olunur, lakin əksər hallarda bu xidmətlərə sərf olunan vəsait haqqında düşünmürük. Bir qətli bir ailənin faciəsi kimi qəbul edirik, lakin hər bir itirilmiş həyatın ümumi daxili məhsul baxımından iqtisadi ekvivalenti, zorakılıqdan zərər çəkmişlərin müvəqqəti olaraq əmək fəaliyyətini itirməsi, əlilliklə nəticələnən zorakılıq halları və bunun əmək məhsuldarlığına təsiri haqqında məsələlər diqqətdən kənarda qalır. Nəhayət, bu şəxslərin itirilmiş mülkiyyət və gəlirləri, başqa mənzil və ya sığınacaq axtarışına sərf etdiyi vəsait, psixoloji və digər oxşar xidmətlər üçün etdiyi ödəmələr zorakılığın səbəb olduğu iqtisadi fəsadlar sırasındadır".