23cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qaldı


Dünya 23 May 2019 11:17:00 224 0

23cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qaldı

Çinin Xançjou şəhərində 23-cü mərtəbədən ventilyasiya şaxtasına düşən azyaşlı uşaq sağ qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, qonşunun evində oynayan zaman 6 yaşlı uşaq balkonda təmir getdiyini bilməyib və oradan açıq olan şaxtaya düşüb.

Xilasedicilər uşaq şaxtaya düşəndən 6 dəqiqə sonra onu xilas ediblər.

Uşağın vəziyyətinin yaxşı olduğu deyilir, əl və üz nahiyəsində bəzi çapıqlar var.