Komitə sədri: Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır


Digərləri 23 May 2019 11:09:36 198 0

Komitə sədri: Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır

Qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, çünki onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir.

Bakı. İlhamə İsabalayeva - Qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, çünki onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın nəsillərarası fəsadları da var ki, bura uşaqların təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruzqalma, boşanma səviyyəsinin artması, ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və digər təsirlər daxildir: