"Bir ananın fəryadını eşidib, necə susmaq olar?"


Şou-biznes 23 May 2019 10:41:00 215 0

"Bir ananın fəryadını eşidib, necə susmaq olar?"

Görəsən, Allahını tanımayan insanlar necə Tanrıdan danışırlar. Zülmkarlar yaxşılıqdan danışa bilər?

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. Paylaşımı ilə diqqət çəkən sənətçi bunları qeyd edib:

"Ürəyi olmayan necə ürəkdən danışa bilir? Namaq qılıb, amma pis əməllə yaşayır. Necə bilə-bilə pislik etmək olar? Kiminsə göz yaşını eşidib, necə sevinmək olar? Görəsən, özü ana olub, başqa bir ananın fəryadını eşidib, necə susmaq olar? Görəsən, tanıdığın insan çabalar, ona güc verməkdən, onu əzib sevinən insana, ona nə ad qoymaq olar? Kiminsə taleyi ilə oynayıb, sonra buna necə sevinəsən? Bu zalım dünyada çox suallar var. Necə dözəsən buna?"