23-cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qalıb


Digərləri 23 May 2019 10:30:06 143 0

23-cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qalıb

Çinin Xançjou şəhərində 23-cü mərtəbədən ventilyasiya şaxtasına düşən azyaşlı uşaq sağ qalıb

Bakı. Çinin Xançjou şəhərində 23-cü mərtəbədən ventilyasiya şaxtasına düşən azyaşlı uşaq sağ qalıb. Trend-in məlumatına görə, qonşunun evində oynayan zaman 6 yaşlı uşaq balkonda təmir getdiyini bilməyib və oradan açıq olan şaxtaya düşüb. Xilasedicilər uşaq şaxtaya düşəndən altı dəqiqə sonra onu xilas ediblər.