ABŞ-da tornado 3 adamı öldürdü


Digərləri 23 May 2019 10:20:00 194 0

ABŞ-da tornado 3 adamı öldürdü

ABŞ-ın Missuri ştatının bir sıra rayonlarında güclü qasırğa olub.

Bakı. ABŞ-ın Missuri ştatının bir sıra rayonlarında güclü qasırğa olub. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 3 nəfərin həlak olduğu bildirilir. Qasırğa ilə bağlı daha öncə ABŞ Milli Meteoroloji Xidməti xəbərdarlıq edibmiş. Qasırğa nəticəsində dağıntılar da olduğu bildirilir. Belə ki, elektrik dirəkləri aşıb, ağaclar qırılıb, bir neçə evə ziyan dəyib.