Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı


Dünya 23 May 2019 10:18:00 214 0

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir. Bu təlimlərdə, həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir.

Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir.