Qvardiolanın Juventus-la 4 illik müqavilə imzaladığı iddia olunur


İdman 23 May 2019 10:00:00 248 0

Qvardiolanın Juventus-la 4 illik müqavilə imzaladığı iddia olunur

İtaliyanın Juventus klubunun yeni baş məşqçisi hazırda Manchester City-ni çalışdıran Xosep Qvardiola olabilər.

Goal.az xəbər verir ki, bu barədə "Radio Sportiva"nın jurnalisti Federiko Cennarelli öz "Twitter" hesabında yazıb.

Onun məlumatına görə, tərəflər artıq gələcək müqavilənin şərtlərini razılaşdırıblar. Əməkdaşlıq müqaviləsi 4 il müddətinə imzalanacaq.

İspan mütəxəssis bir müddət əvvəl eyni suala cavab verməkdən bezdiyini bildirmişdi:

"Neçə dəfə təkrar etməliyəm? Mən Juventus-a getməyə, İtaliyada işləməyə hazırlaşmıram. Manchester City-də hər şey məni qane edir və komandanı tərk etmək fikrim yoxdur. Növbəti mövsümdə də bu klubun baş məşqçisi olacağımı artıq dəfələrlə demişəm".