4 nəfərin ölümü ilə nəticələnən qəzada yaralananların KİMLİYİ bilindi


Digərləri 23 May 2019 09:45:00 169 0

4 nəfərin ölümü ilə nəticələnən qəzada yaralananların KİMLİYİ bilindi

Neftçala rayonunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Neftçala rayonunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub. Trend-in məlumatına görə, Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda hər iki yaralının vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlar 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızıdır. Hər iki xəstə kəllə-beyin travması, alt çənənin sınığı və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.