Gallup: Erməniləri Qarağağ problemi az maraqlandırır


Digərləri 23 May 2019 09:38:56 194 0

Gallup: Erməniləri Qarağağ problemi az maraqlandırır

"Gallup İnternational Association" Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.

Bakı. Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb. Trend-in məlumatına görə, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşalrının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan apponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənisatnın əsas problemi adlandırıb. Sorğuya görə, yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1% Dağlıq Qarabağ münaqiəsini Ermənistan üçün əsas problem olaraq görüb.