Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı


Digərləri 23 May 2019 09:22:00 267 0

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb. Trend-in məlumatına görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir. Bu təlimlərdə həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir. Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin