ŞriLankada terror aktı törədənlərin kimliyi müəyyən edildi


Dünya 23 May 2019 09:18:00 246 0

ŞriLankada terror aktı törədənlərin kimliyi müəyyən edildi

Şri-Lankada aprelin 21-i terror aktlarını törədən bütün terrorçu-intiharçıların kimlikləri müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, terror aktı törədənlərin kimliyi DNT analizi nəticəsində müəyyən edilib.

Bundan əlavə, analizlər nəticəsində, həmçinin"National Thowfeek Jamaath" (NTJ) radikal qruplaşmanın lideri Məhəmməd Zəhran terrorçu-intiharçılar arasında olduğu təsdiqlənib.

Bildirilir ki, hücumlarla mümkün bağlılığı olan azı 89 nəfər polislər tərəfindən saxlanılıb. Ölkədə terror aktları ilə bağlılığı olanların axtarışları davam etdirilir, lakin terrorçuların əksəriyyəti artıq saxlanılıb.

Şri-Lanka hakimiyyəti partlayışlara görə "National Thawheed Jammath" (NTJ) radikal qruplaşmasının törətdiyini düşünürlər.