Subbakalavrların ali məktəblərə qəbul qaydaları təsdiqləndi
Digərləri 23 May 2019 09:05:00 177 0
Qərar “Təhsil haqqında” qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb.
Bakı. İlhamə İsabalayeva –
Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nı təsdiq edib.
Trend-in məlumatına görə, qərar “Təhsil haqqında” qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb.
Mənbə: az.trend.az