Alimlər solaxaylığın səbəblərini açıqlayıblar


Digərləri 23 May 2019 08:53:00 191 0

Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

Maks Planka Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni  faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.

Son.az oxu.az-a istinadən bildirir ki, 500 min insan  üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub.Tədqiqatlarda iştirak etmiş 501730  nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu  araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.