Biləsuvarda mikroavtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb


Digərləri 23 May 2019 08:52:21 276 0

Biləsuvarda mikroavtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb

Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.

Bakı. Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.