iPhone XIin konsept dizaynı paylaşıldı VİDEO


Digərləri 23 May 2019 08:46:00 682 0

iPhone XIin konsept dizaynı paylaşıldı  VİDEO

"Concept Creator" "YouTube" kanalı "Apple"ə yaxın mənbələrdən olan məlumatlar əsasında yeni "iPhone XI2 konsept dizaynını paylaşdı.

Son.az chip.az-a istinadən bildirir ki, "İPhone 11" və ya "iPhone XI" haqqında müzakirələr artmağa başlayıb. Bütün söz-söhbətləri və deyilənləri nəzərə alan "Concept Creator" "OnLeaks" ilə birlikdəbu günə qədər paylaşılan ən real "iPhone XI2 konsepsiyasını ortaya qoydu. Paylaşılan video daha əvvəl yayımlanan konsept dizaynlarından çox fərqlənmir. "İPhone XI" kvadrat şəkilli asimmetrik dizayna malik olan üçlü arxa kamera ilə gəlir. Bu kamera ölçü cəhətdən ən böyük iPhone kamerası olacaq.

"Apple" ekran komponentlərini özündə birləşdirən yuxarı hissədə yerləşən yuvadan da imtina etmir. Genişlik bir qədər azaldılsa da lakin hələ də rəqibləri ilə mqayisədə daha böyük bir yuvaya malik olduğunu söyləmək olar. Bundan başqa divar kağızı yenə də yuvanı gizlədəcək şəkildə seçiləcək.

Cihazın dizaynında nəzərəçarpacaq dəyişikliklərdən biri cihazı səssizə almaq və bağlama funksiyasıdır. Uzun bir oval dizayna malik bağlanma fuksiyası "iPhone XI" ilə tamamilə dəyirmi bir dizayna sahib olacaq.