"Ağıllı" məişət texnikası üçün yeni prosessor yaradılıb


Digərləri 23 May 2019 08:05:00 204 0

"Ağıllı" məişət texnikası üçün yeni prosessor yaradılıb

"LG" şirkəti süni intellektli evlər üçün qurğuların hazırlanmasının sürətləndirilməsi üzrə strategiya çərçivəsində yeni xüsusi prosessor yaradıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "AI Chip" adlı qurğuya "Neural Engine" prosessor bloku daxildir. "Neural Engine" sayəsində yeni həll insan beyninin neyron şəbəkəsini daha yaxşı imitasiya edə bilir. Bundan başqa, təlim alqoritmlərinin dərin siqnallarının emalı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Məlumata görə, yeni prosessor həm təsvirlərin emalı və müəyyənləşdirilməsi, həm də emosiyaların tanınması daxil olmaqla səsin emalı üçün nəzərdə tutulub. Bundan əlavə, prosessorun ətraf mühitdə fiziki və kimyəvi dəyişiklikləri aşkarlaması maraq doğurur.

Cənubi Koreya istehsalçısının nümayəndələrinin sözlərinə görə, yeni prosessordan istifadə edəcək qurğular internetə qoşulmadan məlumatları emal edəcək.