Terrorçular Suriyada elektrik stansiyasına hücum ediblər


Dünya 23 May 2019 07:25:00 217 0

Terrorçular Suriyada elektrik stansiyasına hücum ediblər

Suriyanın Hama əyalətində terrorçular pilotsuz uçuş aparatı vasitəsi ilə elektrik stansiyasına hücum ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriya Dövlət Televiziyasının məlumatında deyilir.

Məlumatda bildirilir: "Terror qruplaşmaları pilotsuz uçuş aparatı vasitəsi ilə əz-Zarada yerləşən elektrik stansiyasına hücum edərək onun texnikası və avadanlıqlarına əhəmiyyətli dərəcədə maddi zərər vurublar".